Paytaxtın Nərimanov rayonu Ağa Nemətulla küçəsində yenidənqurma işlərinə başlanır. Bu haqda bu gün, 14 oktyabr tarixində Azəravtoyol ASC-nin mətbuat xidməti məlumat yayıb.

Hal-hazırda küçənin Mirzə Uluqbəy küçəsi və Heydər Əliyev prospektləri arasında yerləşən hissəsi təmir olunur. Daha sonra Heydər Əliyev prospektindən Montin qəsəbəsinə istiqamətində olan hissəsində tədbirlər görüləcək.

Təmir olunacaq sahənin ümumi uzunluğu 1.8 km təşkil edir.

İlin sonuna qədər Nərimanov rayonu ərazisində 10.4 km uzunluğa malik 16 küçənin təmiri nəzərdə tutulub.

Foto Azəravtoyol rəsmi Telegram kanal
Foto Azəravtoyol rəsmi Telegram kanal