Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin verdiyi məlumata əsasən, bu gün, 14 oktyabr saat 10:00 radalərində Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində yanğın baş verib.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın qısa müddətdə söndürülüb. İlkin məlumata görə, ümumi 30 kv.m olan sahəsində məişət tullantıları yanıb. Xəsarət alan olmayıb.

Daha öncə, 13 oktyabr tarixində saat 20:00 radalərində Bakı şəhəri Yasamal Yaşayış Kompleksində yanğın hadisəsi baş vermişdir.