Paytaxtın iki rayonunda baş verən yol-nəqliyyat hadisəsində 5 avtomobilə ziyan dəyib, 2 nəfər xəsarət alıb.

APA-nın verdiyi məlumata görə Nərimanov rayonu Ziya Bünyadov prospektində “Toyota” markalı avtomobil nasaz olduğu üçün yol kənarında dayanıb. Arxasında isə ona kömək məqsədilə eynimarkalı digər nəqliyyat vasitəsi saxlayıb. Bu zaman hərəkətdə olan “BMW” markalı avtomobil dayanan nəqliyyat vasitələrinə çırpılıb. Hər üç avtomobilə ciddi ziyan dəyib.

Xəsarət alan yoxdur.

Digər hadisə Yasamal rayonunda baş verib. Report.az-ın verdiyi məlumata əsasən, iki avtomobilin toqquşması nəticəsində 23 yaşlı Ayxan Bədəlov və 40 yaşlı Vüsalə Hüseynova xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Hər iki faktlarla bağlı araşdırmalar aparılır.