15 oktyabr tarixində Bakıda 44 günlük Vətən müharibəsindən qazi kimi geri dönən Fərrux Əliyevlə görüş keçiriləcək. O, Xəzər Gənclər Evinin aktiv gənclərindən biridir. Tədbir Xəzər Gənclər Evinin təşkilatçılığı ilə eyniadlı məkanda saat 15:00-da baş tutacaq.

Görüş Vətən müharibəsində iştirak edən qəhrəman əsgərlərimizi tanımaq və tanıtmaq məqsədilə keçirilən “Xəzərin igid qəhrəmanları” layihəsi çərçivəsində baş tutacaq.

Fərrux Əliyev müharibə zamanı Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və yaralanıb. O, Cəsur döyüşçü, Füzulinin azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.