Paytaxtda ötən gün, 14 oktyabr tarixində “Dəniz Mall”dakı 5-ci mərtəbə, 5000 kv.m olan ərazisində “Kinderland” Uşaq Əyləncə mərkəzi açılıb.

Əyləncə parkı Bakının kiçildilmiş versiyasına bənzəyir və 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Ərazidə mağazalar, teartlar və digər ictimai sahələrin dəqiq kopiyaları yaradılıb. Şəhərcikdə xüsusi valyuta “Kindi” də mövcüddür.

“Kinderland”-da uşaqlar oyun vasitəsilə müxtəlif peşələri öyrənməyə təşviq edilir və bu bacarıqlar müxtəlif təcrübələr vasitəsilə öyrədilir. Uşaqlar həkim, yanğınsöndürən, alim, aktyordan səyahət agentinə qədər müxtəlif peşələri sınaya bilərlər.

Mərkəzin iş qrafiki:

Çərşənbə axşamı – Cümə axşamı – 12:00 – 21:00

Cümə – 12:00 – 22:00

Şənbə – Bazar – 11:00 – 22:00

Bazar ertəsi – qeyri iş günüdür

Qiymətlər:

Körpələr (3 yaş) 

Həftəiçi – 9 manat, həftəsonu – 11 manat

 

Uşaqlar (4-14 yaş)

Həftəiçi – 20 manat, həftəsonu – 25 manat

Böyüklər (15 yaş+ )

Həftəiçi – 8 manat, həftəsonu – 10 manat

Körpələrə (0-2 yaş) giriş pulsuzdur.

Foto ASAN Radionun Facebook səhifəsi
Foto ASAN Radionun Facebook səhifəsi
Foto ASAN Radionun Facebook səhifəsi
Foto ASAN Radionun Facebook səhifəsi
Foto ASAN Radionun Facebook səhifəsi
Foto ASAN Radionun Facebook səhifəsi