15 oktyabr tarixində Bakıda ər arvadını qətlə yetirib. Bu haqda Binəqədi rayon prokurorluğu məlumat yayıb.

Saat 09:00 radələrində Binəqədi rayonu ərazisində 37 yaşlı Sahilə Cəfərovanın öldürülməsi məlum olub.

Araşdırmalar nəticəsində qatilin zərərçəkənin əri, 40 yaşlı Ramil Səfərovun olması müəyyənləşdirilib. Hadisənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verdiyi ehtimal olunur. Onun, Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsi şübhələri müəyyən olunub.

Ramil Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb.