Bakıda “Səhnə” adlı yeni teatr yaradılıb. Bu haqda 15 oktyabr tarixində AZƏRTAC xəbər verib.

“1 Səhnə” prodüser mərkəzinin nəzdində açılmış teatrın direktoru aktyor Elçin Hacıdır, bədii rəhbər isə Xəqani Əliyevdir. Teatr açılışını oktyabrın 30-31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində edəcək. İlk tamaşa Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan” əsərinin motivləri əsasında hazırlanacaq.

Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir. Rolları ifadə edir Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva.