“Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-də qanun pozuntuları aşkar olunub. Bu haqda bu gün, 15 oktyabr tarixində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Aparılan araşdırma zamanı müəssisədə antisanitariyanın hökm sürdüyü aşkar olunub. Dezinfeksiya, həmçinin, həşərat və gəmirçilərə qarşı tədbirlər görülmədiyi, işçi heyətinin tibbi müayinədən keçmədiyi müəyyən edilib.

Qida anbarında məhsulların saxlanma normalarına uyğun olmaması, eləcə də bəzi qidaların istifadə müddətinin bitməsi qeydə alınıb.

MMC-nin rəhbərliyi məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir.

Bundan əvvəl, paytaxtın Nəsimi rayonu, H. Əliyev küçəsi, ev 15 ünvanında fəaliyyət göstərən “Kardeşlər Marmaris” restoranında nöqsanlar aşkar edilmişdir.

Foto Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi rəsmi Telegram kanalı