Paytaxtın Binəqədi rayonunda qanunsuz ağac kəsmə faktı ilə bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 15 oktyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Qalid Ağalarova məxsus mebel sexində və Balakən rayon sakini Ramiz Seyidovun idarə etdiyi yük avtomobilində icazə sənədi olmadan kəsilmiş fıstıq və qoz ağacları aşkar olunub.
Araşdırma zamanı təbiətə ümumilikdə 39.000 manat ziyan dəydiyi müəyyən edilib.
Bundan əvvəl, paytaxtın Nərimanov rayonunda qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi açılmışdır.