Qaradağ rayonu Sahil qəsəbəsində 10.000 abonentin qaz təchizatı təkmilləşdirilib. Bu haqda bu gün, 15 oktyabr tarixində Azəriqaz İB-nin mətbuat xidməti məlumat yayıb.
Diametri 325 mm olan paslanmış qaz xətləri polietilen borular ilə əvəzlənib. Həmçinin, təzyiqin tənzimlənməsi üçün xüsusi qurğular quraşdırılıb.
Bundan əvvəl, 10 oktyabr tarixində paytaxtın Nəsimi və Binəqədi rayonlarının kəsişməsində qaz kəmərlərinin əlaqələndirilməsi işləri aparılmışdır.