Bakı Nəqliyyat Agentliyi “Ukrayna dairəsi” üzrə yeni layihə hazırlayıb. Bu haqda 15 oktyabr tarixində BNA xəbər verib.

Xətai rayonunda yerləşən bu dairə standartlara uyğun olmadığına görə, burada bir sıra nəqliyyət problemləri yaranır. Dairənin içində 7-8 zolaq var, hansı ki nə girişdə, nə də çıxışda o qədər zolaq yoxdur. Turbo tipli dairəvi sxeminə əsasən, zolaqlar üzrə konflikt nöqtələrinin (qəza baş verə biləcək sahələr) sayı 170-dən 23-ə enəcək. Yeni layihəyə əsasən Məhəmməd Hadi küçəsindən Vunqtau küçəsinə, həmçinin Neapol və Aşiq Ələskər küçələrindən Məhəmməd Hadi küçəsinə, dairəyə daxil olmadan, birbaşa sağa hərəkət etmək olacaq. Dairənin içində hərəkət 3 zolağa bölünəcək. Həmçinin yol kəsişmələrində piyada keçidləri təşkil ediləcək.

Layihə həyata keçirildikdən sonra:

  • Mübahisəli nöqtələr minimuma endiriləcəyindən, təhlükəsizlik təmin olunacaq;
  • Dairənin hərəkəti buraxma qabiliyyəti artırılacaq;
  • Hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;
  • Piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.