Bakıda bəzi küçəçələrin nömrələri mənzillərin sənədlərində yazılanlarla uyğun gəlmir. Sənədlərdə başqa ünvan nömrələri, küçələrdə isə tam fərqli nömrələr əks olunub. Bu haqda Baku.tv 16 oktyabr tarixində reportaj hazırlayıb.

Küçələrin nömrələrinin dəyişdirilmə prosesinin sakinlərin iştirakı olmadan aparılması həmin ünvanda yaşayanların etirazlarına səbəb olur.

Əmlak eksperti Ramil Osmanlı belə dəyişikliklərin yeni tikililərin sayının artması, küçələrdə kəsişmələrin dəyişməsi, yol infrastrukturunun yenilənməsi nəticəsində ortaya çıxdığını qeyd edib.

Hazırda paytaxtda əmlak bölgüsü üzrə işlər davam etməsi səbəbindən, dövlət qurumunun hər bir mənzili bu haqda məlumatlandırmağa imkanı olmur. Bu da sakinlər arasında çaşqınlıq yaradır. Lakin yeni sənəd alınanda, orada həm yeni, həm də köhnə ünvan göstərilir.