Bakının 201 nömrəli tam orta məktəbinin rus bölməsində 2 fənn üzrə müəllim çatışmazlığı var. Bu haqda 16 oktyabr tarixində Xəzərtv xəbər verib.

Nəsimi rayonu ərazisində yerləşən məktəbdə cəmi bir riyaziyyat müəllimi var, o da bu ay məzuniyyətə çıxıb, kimya müəllimi isə ümumiyyətlə yoxdur. Sentyabrın 29-dan məktəblilər riyaziyyat və kimya fənnindən dərslər keçə bilmirlər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, gələn həfdədən riyaziyyat fənni üzrə vakansiya təmin olunacaq, kimya müəllimi isə başqa məktəbdən dəvət olunacaq.

Qeyd edək ki, müəllim çatışmazlığı həmçinin Nizami rayonunda müşahidə olunur. 214 nömrəli məktəbdə texnologiya və riyaziyyat , 32 nömrəli məktəbdə ingilis dili, 61 nömrəli məktəbdə isə təsviri incəsənət müəllimi çatışmır.