Bakı metrosunun stansiyalarında polis əməkdaşkarı tərəfindən sərnişinlərin COVID pasportu yoxlanılır. Bu haqda 16 oktyabr tarixində Xəzər Tv xəbər verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, müalicə ünvanını tərk edən aktiv koronavirus xəstələri olduğundan, onları aşkarlamaq üçün sakinlərin COVID pasportlarına baxıla bilər.

Aktiv koronavirus xəstələri karantin qayadalarını pozduğu halda, onlar 2500 manatdan 5000 manatadək cərimə və üç ilədək müddətə ya azadlığın məhdudlaşdırılması, ya da azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, polis Bakı metropolitenin platformasında reydləri ötən gündən bəri keçirir.