Bakıda Nərimanov rayonunda F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə girişə məhdudiyyət qoyulub.

Səhər saatlarında “Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Metro City” ticarət mərkəzində baş vermiş yanğınla əlagədər yollar müvəqqəti bağlı olacaq.

“Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir”- Baki Nəqliyyət Agentliyi məlumat verib.