Bu gün Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş İşıq Festivalının son günüdür.

Paytaxtın mərkəzində keçirilən festival saat 20:00-da başlayacaq və 00:00-a qədər davam edəcək. Tədbir çərivəsində Nizami muzeyinin üzərində Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D Mapping təqdimatı baş tutacaq.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin ilk günü bağlı formatda keçirilmişdir. Tədbirdə mədəniyyət və incəsənət xadimləri də iştirak etmişdir.

Foto Bakuplus.az
Foto Bakuplus.az