Nizami Gəncəvi ili çərçivəsində paytaxtın müxtəlif ərazilərində şairin yaradıcılığını əks etdirən kitab maketləri quraşdırılıb. Bu haqda 16 oktyabr tarixində AZTV xəbər verib.

Maketlərdə yeni rəssamların Nizamı əsərlərin fraqmentləri əsasında çəkdikləri əl işləri öz əksini tapıb. Xəmsəyə daxil olan poemaların adlarını əks etdirən nəhəng kitab maketlərində qədim miniatürlarla yanaşı, müasir avanqard stildə çəkilmiş əsərlərdə təsvir olunub. Maketlərdə əsər fraqmentlərinin adı qeyd qeyd edilib.

Poemaların süjeti əsasında seçilən miniatürlərin nüsxələri Türkiyədə Topqapı muzeyindən alınıb.