Hal-hazırda Nərimanov metrosunun qarşısında yanğın başlayıb.

Hadisə barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Ətraflı məlumat daha sonra veriləcək.

09:41 Yenilənib:

İlkin məlumata əsasən “Baku Electronics”-in yanında yerləşən kafelərin birində başlayan yanğın daha sonra ətrafdakı mağazalara keçib.

Şahidlərin sözünə görə, ticarət mərkəzində iş saatı hələ başlamamışdı və mağazaların içində heç kim yox idi.

Hal-hazıda yanğın davam edir. 10 yanğınsöndürən avtomobili cəlb olunub. Sahibkarlar polis əməkdaşları ilə birlikdə mağazalardan malları xilas etməyə çalışırlar.

Metropolitenin Nərimanov stansiyasının bir çıxışı bağlanıb. F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə girişə məhdudiyyət qoyulub.