Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarında da yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 16 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Binəqədi rayonunda tikilinin 6 kv.m sahədə tavanı və 4 kv.m sahəlik konteynerin üzlüyü tamamilə yanıb. Ümumi sahəsi 60 kv.m olan tikilinin digər hissələri yanğından mühafizə olunub.

Sabunçu rayonunda isə ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində alışma baş verib. Ümumi sahəsi 100 kv.m olan mənzilin 40 kv.m ərazisi tamamilə yanıb. Həmçinin binaya bitişik olan 10 kv.m sahəlik mağaza da kül olub. 1 nəfər hadisə nəticəsində zəhərlənib.

Hər iki yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülülüb.

Bundan əlavə, bu gün 16 oktyabr tarixində Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzində güclü yanğın baş vermişdir.