Pirallahı rayonunda 44-günlük müharibədə şəhid olmuş Elmar Nəbiyevin anım günü mərasimi keçirilib. Bu haqda bu gün, 16 oktyabr tarixində Pirallahı rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

Öncə şəhidin məzarı ziyarət olunub. Daha sonra Şəhidin döyüş yolundan bəhs edilib. Həmçinin, təhsil müəssisələrinin şagirdləri vətənpərvərlik şeirləri oxuyublar. Ən sonda şəhidin ailə üzvlərinə baş sağlığı verilib.

Mərasimdə İcra Hakimiyyətinin başçısı Vasif İmanov, rayonun hüquq-mühafizə orqanlarının və digər təşkilatların rəhbərləri iştirak ediblər.

Pirallahı rayon İcra Hakimiyyətinin rəsmi saytından fotoElmar Nəbiyev “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.