Bakıda 8-9 noyabr tarixlərində Rusiyanın “Triumf sirki” Bakı Dövlət Sirkində “Hünər meydanı” adlı geniş proqramla çıxış edəcək.

Proqram ilk olaraq qazi və şəhid ailələri üçün hazırlanıb və təqdim olunacaq. Programda hava gimnastları, akrobatlar, kaskadyorlar və klounlar meydanda və batut üzərində çıxış edəcəklər. Həmçinin müxtəlif heyvanların animasiyalı holoqramları təqdim olunacaq.

Şou-proqram yanvarın 10-dək həftənin cümə, şənbə və bazar günləri keçiriləcək.

Qeyd edək ki, Allahverdi İsrafilovun rəhbərliyi etdiyi sirk ekstremal janrları şou-proqramları ilə fərqlənir.