Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ölülər” tamaşası nümayiş olunub. Bu haqda 18 oktyabr tarixində Mədəniyyət Nazirliyi xəbər verib.

Teatrının səhnəsində Xalq artisti Nurəddin Mehdixanlının 65 illiyinə həsr edilmiş Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur, bəstəkar isə Xalq artisti Qara Qarayevdir. Əsərdəki mənəvi əsarət, fanatizm, cahillik və cəhalət haqında bəhs edilir.

“Ölülər” tamaşada əsəs rolları Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov oynuyub.