Bakıda “Viktoriya” şadlıq sarayının rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Bu haqda 18 oktyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xəbər verib.
Keçirilən baxış zamanı şadlıq sarayınıda pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi 255 ünvanında fəaliyyət göstərən “Viktoriya” şadlıq sarayında işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.