18 oktyabr tarixində saat 12:00-da Bakıda Müstəqilliyin bərpası günü və Vətən müharibəsinə həsr olunmuş “Zəfərin rəngləri” adlı sərgi keçiriləcək. Tədbir Yasamal rayonu Heydər Əliyev Mərkəzində baş tutacaq. Bu haqda Azərbaycan Televiziyası reportaj hazırlayıb.

İki gün keçiriləcək sərginin məqsədi zəfərimizi təsvir etməkdir.

Sərgidə rəssam Mənsur Əsgərlinin əsərləri nümayiş olunacaq.

Rəssam Mənsur Əsgərli əsərlərində Qarabağın mənzərələrini əks etdirib. Bu rəsmlərin əksəriyyəti son bir ildə yaranıb.