Bakıda bu gün, 18 oktyabr gecə saalarında piyadaların iştirakı ilə üç yol qəzası qeydə alınıb.

Sabunçu rayonunda saat 03:00 radalərsində yolu keçən 55 yaşlı Asif Eyvazovu avtomobil vurub. O, təcili tibbi yardım köməyi ilə xəstəxanaya yerləşdirilib.

Xətai rayonunda saat 02:00 radalərində 33 yaşlı A.Heydərova yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Yaralı qadın iki topuğun yerdəyişən sınığı ilə xəstəxanya çatdırılıb.

Xətai rayonunda daha bir yol-nəqliyyat hadisəsində 53 yaşlı Müslüm Qurbanov xəsarət alıb. Kişi 8 Noyabr prospektini keçərkən onu minik avtomobil vurub. Piyada xəstəxanaya aparılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.