Baktelecom internet provayderi müştəriləri üçün yeni onlayn xidmət təşkil edib.

Artıq Bakı və Bakıətrafı ərazilərdə internet paketlərinin sürətini https://baktelecom.az/onlayn saytından dəyişmək mümkün olacaq.

Həmçinin, istifadəçilər “yeni xidmətə qoşul” bölməsini seçərək digər internet paketinə keçə bilər və ya provayderin xidmətlərindən yararlanmaq istəyən sakinlər təklif olunan tarifləri onlayn şəkildə sifariş edə bilərlər.