Bakı Dövlət Universitetinin SABAH qruplarında koronavirusa yoluxma halları aşkar olunub. Bu haqda BDU-nun mətbuat katibi Günel Orucəliyeva “Report”a bu gün, 18 oktyabr tarixində təsdiq edib.
Yoluxmalar iki qrupda qeydə alınıb, həmin qruplar iki həftə ərzində distan təhsil alacaqlar.
Oxşar hadisə Azərbaycan Texniki Universitetində baş verib. AZTU-nun 3 tələbəsi koronavirusa yoluxub, nəticədə bu gündən etibarən həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.