Hövsan Yaşayış Kompleksində güzəştli mənzil alan vətəndaşların sayı və statistikası açıqlanıb. Bu haqda 18 oktyabr tarixində Mənzil İnşaatı Dövlət Agentliyi xəbər verib.

Hövsan Yaşayış Kompleksində 01.07.2021-dən 06.07.2021-ci il tarixinədək seçilmiş 307 mənzildən 275-şi güzəştli şərtlə satılıb. Mənzil İnşaatı Dövlət Agentliyinin satış nəticələri barədə statistik məlumatları:

Otaq sayı üzrə bölgüsü:

  • 1 otaqlı ev- 41 mənzil
  • 2 otaqlı ev- 201 mənzil
  • 3 otaqlı ev- 32 mənzil

Ödəniş üsulu üzrə bölgü:

  • İpoteka krediti hesabına – 255 mənzil
  • Öz vəsaiti hesabına – 20 mənzil

Mənzil əldə etmiş vətəndaşların yaş üzrə bölgüsü:

  • 22-35 yaş arası – 1 otaq 14, 2 otaq 130, 3 otaq 20 nəfər
  • 36-50 yaş arası – 1 otaq 20, 2 otaq 47, 3 otaq 11 nəfər
  • 50 yaşdan yuxarı – 1 otaq 8, 2 otaq 24, 3 otaq 1 nəfər
Foto Hövsan Yaşayış Kompleksinin saytı
Foto Hövsan Yaşayış Kompleksinin saytı
Foto Hövsan Yaşayış Kompleksinin saytı
Foto Hövsan Yaşayış Kompleksinin saytı