Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 18 oktyabr tarixində APA məlumat yayıb.

“Toyota” markalı nəqliyyat vasitəsi hərəkət zamanl yük avtomobilinin arxasına çırpılıb.  Nəticədə bir nəfər xəsarət alıb. Yolda tıxac yaranıb.

Bundan əlavə, 18 oktyabr tarixinə keçən gecə paytaxt ərazisində piyada iştirakı ilə 3 avtoqəza qeydə alınıb.