Polis əməkdaşları narkotik maddələrin alverinə qarşı genişmiqyaslı əməliyyat keçiriblər. Bu haqda bu gün 18 oktyabr tarixində Daxili İşlər Nazirilyinin məbuat xidməti məlumat yayıb.
Yasamal, Nəsimi və Suraxanı rayonlarında keçirilən əməliyyatlar zamanı ümumilikdə 13 nəfər saxlanılıb, 12 kiloqram 500 qramdan çox heroin və psixotrop maddələr aşkar olunub.
Qeyd olunan şəxslər taksi və kuryerlik fəaliyyəti adı altında paytaxtın müxtəlif nöqtələrində narkotik maddələrin alveri ilə məşğul olurdular.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Son sutka ərzində ölkə ərazisində keçirilən əməliyyatlar nəticəsində 23 nəfər saxlanılıb, 34 kiloqramdan artıq narkotik maddə dövriyyədən çıxarılıb.