Ümumdünya çörək günü münasibəti ilə Bakı şəhərində çörək festivalı keçirilib. Bu barədə Real TV məlumat yayıb.

Azərbaycanda istehsal olunan buğda növlərindən hazırlanmış ümumilikdə 100-dən çox un məmulatları nümayiş olunub. Tədbirdə 6 fərqli ölkənin səfirlikləri və 15-dən çox Azərbaycan regionlarının nümayəndələri iştirak ediblər.

Həmçinin, aşpazlar arasında yarış təşkil olunub.

Çörək festivalı Kənd Təsərrüfatı Nazirliyi, Taxılçılar asosiyası və Azərihomechef-in təşkilatçılığı ilə keçirilib.