19 oktyabr tarixində Bakıda daha bir yanğın baş verib. Hadisə paytaxtın Qaradağ rayonunda baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzildə 2 poqonmetr mətbəx mebeli və ev əşyaları yanıb.
Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.