Paytaxtın Binəqədi rayonunda yerləşən yaşayış evində yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu gün, 19 oktyabr tarixində məlumat verib.

Yanğın ümumi sahəsi 230 kv.m olan evin zirzəmisində baş verib. İçəridə olan məişət avadanlığı alışıb, lambirin tavanı da əriyib. Hadisə yerinə FHN-nin əməkdaşalrı cəlb olunub, yanğın söndürülüb. Evin digər hissələri yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Oxşar hadisə ötən gün, 18 oktyabr tarixində baş vermişdir. Qaradağ rayonunda olan mansarda tipli çoxmərtəbəli yaşayış binasının zirzəmisində eletrik avadanlığı yanmışdır. Yanğının təsir zonasından 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunmuşdur.