Ötən gün axşam saatlarında Bakıda yanğın baş verib. Hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə zamanı mansarda tipli çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsi, qoruyucu açar, 36 ədəd elektrik açarı, 36 ədəd elektrik sayğacı və şaxta boyunca 1260 p.m elektrik kabeli yanıb.

Yanğının təsir zonasından 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb, mənzillər və mansarda yanğından mühafizə olunub.