“Fairmont Baku” hoteli Parisdə keçirilən müsabiqədə beynəlxalq mükafat qazanıb.

Bakıda yerləşən mehmanxana dünya hotelləri arasında keçirilən yarışmada “ən yaxşı otel dizaynı və memarlığı” nominasiyası üzrə “Prix Villegiature 2020-2021” mükafatının qalibi olub.

Mərasimdə Azərbaycanın Fransadaki səfiri Rəhman Mustafayev və “Fairmont” otelini təmsil edən “Accor” dizayn şirkətinin vitse-prezidenti Federico Toresi Riba iştirak ediblər.

Tədbir Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub.

“Prix Villegiature” layihəsi 2003-cü ildə təsis olunub və otelçilik işi üzrə 21 nominasiyada mükafatlar təqdim edir.