Bakıda COVİD-19 infeksiyasına yoluxma statistikası bu gün, 19 oktyabr tarixində yenilənərək açıqlanıb.

Koronavirus.info-ya istinadən ən yüksək yoluxma faizi Binəqədi rayonunda, ən aşağı yoluxma faizi Pirallahıda müşahidə olunur. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası aşağıdakı kimidir:

  • Binəqədi – 14,6%
  • Xətai – 13,6%
  • Yasamal – 11,7%
  • Sabunçu – 11,8%
  • Suraxanı – 8,4%
  • Nərimanov – 7,8%
  • Nəsimi – 7,6%
  • Xəzər – 7,6%
  • Nizami – 7,1%
  • Səbail – 4,9%
  • Qaradağ – 4.4%
  • Pirallahı – 0.5%

Təqdim edilən statistikaya görə koronovirusa yoluxma hallarının 54 faizi Bakının payına düşür.

18 oktyabr 2021-ci il tarixində olan məlumata əsasən, son sutka ərzində 1245 nəfər COVİD-19 infeksiyasına yoluxub, 13 nəfər vəfat edib. Aktiv xəstə sayı 17.862 nəfər təşkil edir.