Paytaxtın Sabunçu rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda bu gün, 19 oktyabr tarixində Report məlumat yayıb.

Aeroport şosesində yolu keçən piyadanı avtomobil vurub. O, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyib. Vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

Oxşar hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Bu haqda APA məlumat yayıb. Qara Qarayev prospektində 68 yaşlı Tərlan Məmmədov yolu keçərkən avtomobil ilə vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib. Hər iki faktlarla bağlı araşdırmalar aparılır.