Suraxanı rayonun Hövsan qəsəbəsində qanunsuz tikili aşkarlanıb. Bu haqda bu gün, 19 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təyinatı bəlli olmayan müəssisənin tikintisi sənədlər olmadan aparıldığı müəyyən edilib.
İnşa işləri dayandırılıb. Tikinti nəzarətə götürülüb.
Bundan əvvəl, 7 oktyabr tarixində Xəzər rayonu Binə qəsəbəsində qanunsuz tikili aşkarlanmışdır.
