Qarabağ FK-un UEFA Avropa Konfrans Liqası çərçivəsində növbəti oyunu 21 oktyabr tarixində baş tutacaq. Saat 20:45-də başlayacaq matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Azərbaycan təmsilçisinin rəqibi Qazaxıstanın “Kayrat” klubu olacaq. COVID-19 pandemiyası ilə əlaqədar tribunalara stadion tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Biletləri aşağıdakı məntəqələrdən almaq mümkündür:

  • Stadionun kassaları;
  • İticket.az-ın satış məntəqələri;
  • FAW Azərbaycan;
  • Park Bulvardakı Qarabağ FK-nın Fan-Şopu;
  • 28 mall və Gənclik mall ticarət mərkəzləri.

Qiymətlər 3, 5, 10, 50 və 75 manat təşkil edir.

Qarabağ FK UEFA Avropa Konfrans Liqasının H qrupunda 2 oyundan sonra birinci yerdə qərarlaşıb. 1-ci turda İsveçin “Basel FC” klubu ilə qarşılaşmanı heç-heçə bitirən Azərbaycan təmsilçisi, 2 -ci turda Kiprin “AC Omonia” klubunu 1-4 hesabı ilə məğlub etmişdir.