205 nömrəli müntəzəm marşrut xətti “BakuBus”ın nəzdinə keçərək 21 oktyabr 2021-ci il tarixindən fəaliyyətini bərpa edəcək. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olundan marşrut xəttinin hərəkət sxemi də dəyişdirilib. Avtobuslar “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi və 20-ci Sahə ərazisi ilə Bakı Metropoliteninin Nəsimi stansiyasını əlaqələndirəcəklər.

Bundan əlavə, BNA bildirib ki, çoxsaylı vətəndaş müraciətləri əsasında aparılan araşdırma zamanı 205 nömrəli marşrut xəttinin fəaliyyətində nöqsanlar aşkar edilmişdir. Məsələylə bağlı daşıyıcıya məlumat verilsə də, qurum heç bir tədbir görməmişdir.

Foto Bakı Nəqliyyat Agentliyi rəsmi Facebook səhifə
Foto Bakı Nəqliyyat Agentliyi rəsmi Facebook səhifə