Aeroport yolunda baş verən ağır avtoqəzada yaralanan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib. Bu haqda bu gün, 20 oktyabr tarixində Oxu.az məlumat yayıb.

46 yaşlı Ramiz Zeynalabdiyev 17 oktyabr tarixində müalicə aldığı xəstəxanada vəfat edib.

13 oktyabr səhər saatlarında qeyd olunan ərazidə yük avtomobili sərnişin avtobusuna çırpılmışdır. Hadisədə 5 nəfər yerində ölmüş, 25 nəfər xəsarət almışdır.