Media təsisçisi barədə başlanmış cinayət işi məhkəməyə göndərilib. Bu haqda bu gün, 20 oktyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərov həmin dövrdəYAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində etik olmayan videogörüntüləri öz xəbər platformasında paylaşmışdır. Daha sonra o, görüntülərin yayılmasının qarşısını almaq üçün zərərçəkəndən 2000 manat tələb etmişdir.

Şübhəli şəxs barəsində cinayət işi açılaraq toplanan məlumatlar məhkəməyə göndərilib.