Mərkəzi Elmi Kitabxanın ikinci mərtəbəsində “Qarabağ müharibəsi qəhramanları”nın xatirəsinə fond yaradılmışdır. Bu haqda 20 oktyabr tarixində Azərbaycan Televiziyası reportaj hazırlayıb.

Fondun girişində quraşdırılan monitor vasitəsi ilə gündəlik olaraq mütəmadi şəhidlərimizin hər biri haqqında məlumatlar öz əksini tapır.

Layihənin direktoru Röksanə Səfərzadə fondun birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının unudulmaması, onların göstərdiyi şücaətin gələcək nəsillərə ötürülməsi naminə yaradıldığını qeyd edib.

44 günlük vətən müharibəsindən sonra yazılan kitablar müəlliflər və nəşriyyatlar tərəfindən fonda təqdim olunmuşdur.

Fondun “Qarabağ- Azərbaycandır” adlı guşəsində isə şəhidlərimizin şəxsi kitabxanalarında olan, eyni zamanda onların döyüşərkən üzərində olan kitablar yer alır.

Qarabağ zalında mütəmadi olaraq anım günləri qeyd edilir və xüsusi tədbirlər keçirilir.

Buradakı kitablardan hər kəs yararlana bilər.