Bakıda “Ön Ofis/Satış Təmsilçisi” təlimi keçiriləcək. Təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi və Azerconnect MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

2 ay yarım keçirilməsi nəzərdə tutulan təlimlər hibrid formatda- həm onlayn, həm də ənənəvi olaraq Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcək.

Əsas seçim meyarları:

  • Orta ixtisas və ya ali təhsil alan tələbələr və ya məzunlar
  • Fikrini aydın izah etmək bacarığı
  • Azərbaycan dilində səlis danışıq bacarığı
  • Bir əlavə dil biliyi (rus və ya ingilis dili; hər ikisini bilmək üstünlükdür)
  • Kompüter və ofis proqramlarından ümumi istifadə bacarığı

Seçilmiş şəxslər təlim zamanı ön ofis və onun iş prinsipləri, müştəri xidmətləri və məmnuniyyəti, satış və ünsiyyət bacarıqları, satış işinin qurulması, müştərilərin istəklərinə uyğun satış işinin təşkili, düzgün yönləndirmə, münaqişələrin həlli, stresə davamlılıq kimi çoxşaxəli istiqamətlərdə bilik və bacarıqlar əldə edəcəklər.

Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.

Qeydiyyat üçün müraciətləri 31 oktyabr tarixinə qədər göndərə bilərsiniz.

Əlavə məlumat üçün  [email protected] ünvanına müraciət edə bilərsiniz.