Sutka ərzində Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb. Bu haqda Report 20 oktyabr tarixində xəbər verib.

Sabunçu rayonunda 41 yaşlı Əli Əliyev Olimpiya Stadionunun qarşısında yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə nəticəsində ona açıq kəllə-beyin və bədənin müştərək travması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Daha bir qəza paytaxtın Nizami rayonunda baş verib. Avtomobil yolu keçən 62 yaşlı Tərlan Məmmədovu vurub. Piyada təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktlarla bağlı araşdırmalar davam edir.