Paytaxtın Sabunşu rayonunda yük atvomobili yanıb. Bu haqda bu gün, 20 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“КамАЗ” markalı nəqliyyat vasitəsinin kabini və mühərrik hissəsi tamamilə yanıb. Avtomobilin digər hissələrinə ziyan dəyməyib.
Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.
Bundan əvvəl, 19 oktyabr tarixində paytaxtın Qaradağ və Binəqədi rayonlarında yanğın hadisələri qeydə alınmışdır.