Bakıda Zəfər Liqası adlı futbol oyununa start verilir. Bu haqda 20 oktyabr tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqı xəbər verib.
Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş “Zəfər Liqası” futbol turniri keçiriləcək.
Oyunların vaxtı:
- 20 oktyabr – Turnirin püşkatma mərhələsi
- 23 oktyabr – İlk qarşılaşma
- 5 noyabr – Final
Qalib komandalara kubok, medal və dəyərli hədiyyələr təqdim olunacaq.