Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri NASA-nın təşkil etdiyi beynəlxalq müsbaiqədə iştirak edəcəklər. Bu haqda bu gün, 20 oktyabr tarixində ali müəssisənin rəsmi saytında məlumat yayılıb.

Bütün dünyadan 91 komandanın qatılacağı yarışda Azərbaycanı 1 məsləhətçi olmaqla, 9 nəfər təmsil edəcək.

“NASA Human Exploration Rover Challenge” süni hazırlanmış Ay və Mars ərazisi insan gücü ilə işləyə bilən nəqliyyat vasitələrinin dizaynı, qurulması və yarışının cəmləndiyi bir müsabiqədir. Hər il dünyanın müxtəlif ölkələrindən olan orta və ali məktəb komandaları bu yarışda rəqabət aparır.