Bakı şəhəri Binəqədi rayonunda satış obyektlərində oğurluq hadisələri qeydə alınıb. Binəqədi Rayon 5-ci Polis İdarəsinin əməkdaşları axtarış tədbirləri keçirərək şübhəli olan şəxsləri saxlayıblar. Bu barədə Daxili İ.lər Nazirliyinin mətbuat xidməti bu gün, 20 oktyabr tarixində xəbər verib.

4 oktyabr tarixində naməlum şəxs mağazanın qapısını sındıraraq içəri girib və kassadan 9000 manat pul oğurlayıb. Keçirilən əməliyyat nəticəsində əvvələr məkum olunmuş Səbuhi Sultanov saxlanılıb. O, ifadəsində törətdiyi əməli etiraf edib.

Daha bir hadisə rayon ərazisində yerləşən avto hissələrin mağazasında baş verib. Yetkinlik yaşına çatmamış gənc mağazaya girərək kassada olan 220 manat mənimsəyib. Hadisə zamanı mağazada satıcı və ya müştərilər yox idi. Saxlanılan yeniyetmə Elsəvər Mahmudov soyğunçuluq etdiyini etiraf edib.

Hər iki cinayət təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Toplanan materiallar İstintaq Şöbəsinə göndərilib. Araşdırma davam etdirilir.

 

Foto DIN-in rəsmi Youtube səhifəsi
Foto DIN-in rəsmi Youtube səhifəsi
Foto DIN-in rəsmi Youtube səhifəsi
Foto DIN-in rəsmi Youtube səhifəsi