Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində axtarış apararaq odlu silah aşkar ediblər. Bu haqda qurumun mətbuat xidməti bu gün, 20 oktyabr tarixində məlumat yayıb.

Həbsdə olan və hazırda tibb müəssisəsində saxlanılan Naxid Əliyevin evinin həyətində torpağa basdırılaraq gizlətdiyi lüləsi və qundağı kəsilmiş ov tüfəngi tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə, 25 sentyabr tarixində Maştağa qəsəbəsində məhkum Vüqar Quliyevə məxsus olan torpaq sahəsində silah əşyaları aşkar olunmuşdur.